Sumqayıtda yol qəzası: xəsarət alan var - FOTO
27 fevral 2020 22:18 (UTC +04:00)

Sumqayıtda yol qəzası: xəsarət alan var - FOTO


 

Sumqayıt şəhərinin Sülh küçəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

APA-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan “Mercedes” markalı avtomobil qarşısındakı avtomobili ötmək istəyərkən qəza törədib. 

Nəticədə “Mercedes”in sürücüsü idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılıb. İşıq dirəyi isə digər avtomobilin üzərinə aşıb. Hadisə nəticəsində “Mercedes”in sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

# 2837
avatar

Oxşar yazılar