Messi ilə eyni komandada oynamaq istəyir – Silva
25 fevral 2020 17:31 (UTC +04:00)

Messi ilə eyni komandada oynamaq istəyir – Silva

 

“Mançester Siti” klubunun futbolçusu Bernardo Silva maraqlı açıqlama verib.

Lent.az-ın məlumatına görə, portuqaliyalı yarımmüdafiəçi “Barselona”nın kapitanı Lionel Messi ilə eyni komandada oynamaq istədiyini bildirib.

“Kriştianu Ronaldo ilə yığmada bir yerdə oynayırıq. Messi ilə də eyni komandada çıxış etmək mənim üçün şərəf olardı. Müasir dövrün ən güclü 2 futbolçusu ilə bir yerdə oynamaq hər adama nəsib olmur. Məmnuniyyətlə Messi ilə komanda yoldaşı olardım”, - B.Silva deyib.

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi “Mançester Siti”yə 2017-ci ildə “Monako”dan transfer olunub. O, “şəhərlilər”in heyətində bu vaxtadək 138 oyunda 29 qola imza atıb.

 

# 1505
avatar

Rizvan Babayev

Oxşar yazılar