Azərbaycan və Türkiyə prezidentləri təkbətək görüşdü  - YENİLƏNİB
25 fevral 2020 16:44 (UTC +04:00)

Azərbaycan və Türkiyə prezidentləri təkbətək görüşdü - YENİLƏNİB

Fevralın 25-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

APA xəbər verir ki, görüşdə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. Ölkələrimizin həyata keçirdikləri birgə qlobal layihələrin əhəmiyyəti vurğulandı.

Türkiyə Prezidentinin Azərbaycana səfərinin iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edildi.

Görüşdə ikitərəfli münasibətlər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.

***

15:18

Fevralın 25-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

 

APA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

Saat 14:12

Fevralın 25-də Azərbaycana səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.

APA-nın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.

 

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndi.

Azərbaycanın və Türkiyənin dövlət və hökumət nümayəndələri prezidentlərlə görüşdülər.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

13:31

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib.

APA-nın xəbərinə görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda Rəcəb Tayyib Ərdoğanı Baş Nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

# 1323
avatar

Oxşar yazılar