407
10:39
21 Fevral 2020

Keçmiş məhkum çörək sexindən pul oğurladı

Yanvarın 11-də Yasamal rayon ərazisində yerləşən çörək sexinin xidməti otaqlarının birindən 4 min manat pulun oğurlaması barədə “102 Zəng Xidməti”nə müraciət daxil olub.

Lent.az -ın məlumatına görə, müraciət əsasında Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər də məhkum olunan Bakı şəhər sakini, 23 yaşlı E. Həsənov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.