Dünən Bakıda itkin düşən daha 5 nəfər tapıldı
21 fevral 2020 09:37 (UTC +04:00)

Dünən Bakıda itkin düşən daha 5 nəfər tapıldı

Ötən gün Bakı polisi tərəfindən 52 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, onlardan 13-ü əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.

Narkotiklərlə əlaqəli 10, quldurluq üzrə 1, soyğunçuluq üzrə 1, xuliqanlıq üzrə 9, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 14 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 29 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 5 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1280

Oxşar yazılar