Ronaldo yanvarın əvvəlində  "Əl-Nəsr"dən ayrıla  bilər
17 sentyabr 2026 19:33 (UTC +04:00)

Ronaldo yanvarın əvvəlində "Əl-Nəsr"dən ayrıla bilər

0

Səudiyyə Ərəbistanı jurnalisti və insayder Saydd Əl-Sarami Kriştiano Ronaldonun karyerasını “Əl-Nəsr”də davam etdirməsinin mümkün olub-olmayacağı ilə bağlı şərh verib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, o, portuqaliyalı futbolçunun qış transfer pəncərəsində Səudiyyə Ərəbistanı klubundan ayrıla biləcəyini bildirir.

"Güman edirəm ki, Kriştiano Ronaldo yanvar ayında "Əl-Nəsr"dən ayrılacaq", - Əl-Sarami bildirib.

Ulduz hücumçu 2023-cü ilin əvvəlindən Ər-Riyad klubunda oynayır.

KİV-də Ronaldo ilə klub rəhbərliyi arasında transfer siyasəti ilə bağlı fikir ayrılıqları barədə çoxsaylı məlumatlar yayılıb, lakin 2026-cı ildə "Əl-Nəsr" nəhayət, çoxdan gözlənilən Səudiyyə Ərəbistanı Pro Liqası titulunu qazanıb.

Kriştiano 2027-ci ildə təqaüdə çıxa biləcəyini də etiraf edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 174

Oxşar yazılar