1314
12:30
17 Fevral 2020

Keçmiş prezident aktiv siyasətə qayıtdı - Gürcüstanda

Gürcüstanın sabiq prezidenti Georgi Marqvelaşvili aktiv siyasətə qayıdıb.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə G. Marqvelaşvili “Twitter”də bildirib.

“Gürcü Arzusu” avtoritarizmi seçməklə qırmızı xətti keçdi. Artıq ölkədə demokratiya, milli birlik, Qərb yolu yoxdur. Bunlara tamaşa etmək fikrim yoxdur. Aktiv siyasətə qayıdaraq dostlarım və gürcü xalqı ilə birlikdə Qərb seçim missiyamıza xidmət edəcəyəm”, - G. Marqvelaşvili qeyd edib.