Birinci siniflərə qəbul bu şəkildə aparılacaq
12 fevral 2020 10:16 (UTC +04:00)

Birinci siniflərə qəbul bu şəkildə aparılacaq

Bu ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına və I sinfinə qəbul Azərbaycan vətəndaşı olan uşaqlar üçün mütləq olaraq şəxsiyyət vəsiqəsi, xarici ölkə vətəndaşları üçün xarici pasport, vətəndaşlığı olmayanlar üçün miqrasiya vəsiqəsi əsasında həyata keçiriləcək.

Lent.az xəbər verir ki,  bu barədə Təhsil Nazirliyinin “Telegram” səhifəsində bildirilib.

Qeyd olunub ki, Azərbaycan Prezidentinin müvafiq fərmanına əsasən, dövlət informasiya sistemlərində məlumat mübadiləsi şəxsiyyət vəsiqələrinin fərdi identifikasiya nomrəsi (FİN) əsasında həyata keçirilməlidir.

 

# 1415
avatar

Aygün İbrahimli

Oxşar yazılar