Azərbaycan filmi Nyu-Yorkda və Vaşinqtonda nümayiş ediləcək
10 fevral 2020 11:36 (UTC +04:00)

Azərbaycan filmi Nyu-Yorkda və Vaşinqtonda nümayiş ediləcək

Azərbaycan rejissoru Rüfət Əsədovun çəkdiyi “Kənddə sonuncu yəhudi” filmi fevral ayının 25-də Nyu-Yorkda, 29-da isə Vaşinqtonda göstəriləcək.

Lent.az-a bu barədə rejissor özü məlumat verib. Dediyinə görə təqdimetmə mərasimlərində rejissor özü də iştirak edəcək. Rejissor onu da bildirib ki, bu film çox yerlərdə göstərilib və kifayət qədər qiymətləndirilib, müxtəlif mükafatlar alıb: “Gələn həftə isə İsveç İçtimai Televiziyası ilə nümayiş olunacaq”.

R.Əsədov dağ yəhudiləri haqda 3 sənədli filmin (“Quba yəhudiləri”, “Kənddə sonuncu yəhudi”, və “Peyğəmbər Yereminin göz yaşları”)  müəllifidir. Bu filmlər dəfələrlə İsraildə, Avropada və ABŞ-da müxtəlif kinofestivallarda və tədbirlərdə nümayiş etdirilib, ölkəmizə nüfuzlu mükafatlar gətirib.

# 3662
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar