Dayanacaqda ürəyi dayanan  qadın CƏRİMƏLƏNDİ
19 avqust 2026 15:47 (UTC +04:00)

Dayanacaqda ürəyi dayanan qadın CƏRİMƏLƏNDİ

0

Yeni Zelandiyada yaşayan 54 yaşlı qadın supermarketin dayanacağında ürəyi dayandıqdan bir neçə gün sonra cərimələnib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə iyulun 26-da Oklend yaxınlığındakı Oreva şəhərində yerləşən “New World” supermarketinin qarşısında baş verib. Qadının vəziyyəti qəfil pisləşib və ürəyi dayanıb. Mağaza əməkdaşları onun ətrafına arakəsmələr qurublar, müştərilərdən biri isə dərhal ürək masajına başlayıb. Təcili yardım gəlməzdən əvvəl qadının nəbzini bərpa etmək mümkün olub.

Lakin avtomobili hadisə yerində qalıb. Dayanacaqda icazə verilən 90 dəqiqə əvəzinə maşın 341 dəqiqə saxlanılıb.

Bir neçə gün sonra qadına 80 Yeni Zelandiya dolları məbləğində cərimə barədə bildiriş gəlib. Ailə “Smart Compliance Management” şirkətinə vəziyyəti izah etsə də, operator cəriməni tam ləğv etməyib, yalnız məbləği 30 dollara endirib.

Qadın mübahisəni davam etdirməmək üçün həmin məbləği ödəyib. Ancaq daha sonra “New World” rəhbərliyi məsələyə müdaxilə edib və dayanacaq operatoru cəriməni ləğv edərək üzr istəyib. Şirkət müraciətə baxılarkən fövqəladə vəziyyətin nəzərə alınmadığını etiraf edib.

Qadının atası sonradan bildirib ki, həkimlər ailəyə onun ürəyinin həqiqətən qısa müddətə dayandığını deyiblər. Həkimlər güclü stressin qadının sağlamlıq vəziyyətini daha da ağırlaşdıra biləcəyini də istisna etməyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 452

Oxşar yazılar