Rusiyada zavod partladı: 5 Türkiyə vətəndaşı öldü - YENİLƏNİB
31 yanvar 2020 16:00 (UTC +04:00)

Rusiyada zavod partladı: 5 Türkiyə vətəndaşı öldü - YENİLƏNİB

 

Orlovdakı partlayış zamanı ölənlərin və yaralanların hamısı Türkiyə vətəndaşılarıdır.

Ölənlərdən birinin qadın olduğu da bildirlir. 

 

***

15:12

Son məlumata görə, partlayış nəticəsində həyatını itirənlərdən 4-ü Türkiyə vətəndaşıdır. 

 

Lent.az-ın Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, xəstəxanaya yerləşdirilən 3 yaralıdan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. 

***

12:47

Bu gün Rusiyanın Orlov vilayətində zavodda partlayış baş verib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, hadisə vilayətin Mçensk şəhərində qeydə alınıb.

Bildirilib ki, hadisə nəticəsində zavodun tavanı çöküb, 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Bir nəfər isə dağıntılar altında qalıb.

Hadisənin baş vermə səbəbi araşdırılır.

# 1991
avatar

Oxşar yazılar