Qax-Şəki yolunda ağır qəza: ölən var
29 yanvar 2020 17:23 (UTC +04:00)

Qax-Şəki yolunda ağır qəza: ölən var

Qaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün saat 16:30-da Qax-Şəki avtomobil yolunda qeydə alınıb. Rayonun Əmbərçay kənd sakininin idarə etdiyi “VAZ” markalı minik avtomobili Bakı istiqamətində hərəkət edən mikroavtobusla toqquşub.

Qəza nəticəsində “VAZ” markalı avtomobilin sürücüsü aldığı xəsarətdən hadisə yerində ölüb.

Mikroavtobusda olan sərnişinlərdən bir-neçə nəfər yüngül xəsarət alıb.

Onlara yerində tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

# 4453
avatar

Oxşar yazılar