Türkiyədə zəlzələdə ölənlərin sayı 40 nəfərə çatdı
27 yanvar 2020 15:28 (UTC +04:00)

Türkiyədə zəlzələdə ölənlərin sayı 40 nəfərə çatdı


Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində Elazığda 36 nəfər, Malatyada isə 4 nəfər ölüb.

Zəlzələ nəticəsində 1607 nəfər xəsarət alıb.

İndiyə kimi dağıntılar altından 45 nəfər xilas edilib.

Xatırladaq ki, yanvarın 24-də yerli vaxtla saat 20:55-də Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.

# 937
avatar

Oxşar yazılar