Əfqanıstanda 83 sərnişinin olduğu təyyarə qəzaya uğradı - VİDEO
27 yanvar 2020 14:23 (UTC +04:00)

Əfqanıstanda 83 sərnişinin olduğu təyyarə qəzaya uğradı - VİDEO


Herat-Kabul reysi ilə hərəkət edən “Ariana Afghan Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.

APA-nın xəbərinə görə, bu barədə 1TV telekanalı məlumat yayıb.

Bildirilib ki, hadisə Əfqanıstanın şərqində, Qəzni vilayətinin Deh Yak rayonunda baş verib. 

Böyük Britaniyanın “Mirror” nəşrinin məlumatına görə, təyyarənin içərisində 83 sərnişin olub.

Qəzanın baş verdiyi əraziyə “Taliban” qüvvələri nəzarət edir.

# 1245
avatar

Oxşar yazılar