Azərbaycanda soyad sonluğunu dəyişdirənlərin sayı AÇIQLANDI
22 yanvar 2020 16:12 (UTC +04:00)

Azərbaycanda soyad sonluğunu dəyişdirənlərin sayı AÇIQLANDI

2019-cu ildə qeydiyyat orqanlarına adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı ümumilikdə 2689 müraciət daxil olub.

Bu barədə Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib. 

Bildirilib ki, il ərzində soyad sonluğunun dəyişdirilməsi üçün 2308 müraciət daxil olub və onların hamısı təmin edilib. Məlumata əsasən, adın, ata adının və soyadın, habelə soyad sonluğunun dəyişdirilməsi vətəndaşların istəyinə və ərizəsinə əsasən qeydə alınıb.

# 1275
avatar

Oxşar yazılar