Badamdarda qanunsuz fəaliyyət göstərən ət kəsilən yerlər aşkarlandı
22 yanvar 2020 10:12 (UTC +04:00)

Badamdarda qanunsuz fəaliyyət göstərən ət kəsilən yerlər aşkarlandı

 

 
Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Səbail rayon İcra Hakimiyyəti nümayəndələri və Bakı şəhər Baş Polis idarəsinin əməkdaşları ilə birgə Səbail rayonu Badamdar qəsəbəsində qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində antisanitar vəziyyət və qanunsuz heyvan kəsiminə qarşı reyd keçiriblər.


Lent.az-a agentlikdən verilən məlumata görə, reyd zamanı 10 kəsim sahəsinə baxış keçirilib. Müəyyən edilib ki, bu ünvanlarda fəaliyyət göstərən ət satışı mağazalarında antisanitar vəziyyət və baytarlıq ekspertizası aparılmadan ətlərin satışı həyata keçirilir. Bununla əlaqədar sahibkarlıq subyektlərinə məxsus qanunsuz fəaliyyət göstərən ət satışı mağazalarında qanunsuz heyvan kəsimində istifadə olunan dəmir konustruksiyalı qurğuları yerli icra orqanının əməkdaşları ləğv edib.

 

# 1061
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar