Azərbaycan Prezidenti Şəhidlər xiyabanını ziyarət edib
20 yanvar 2020 10:02 (UTC +04:00)

Azərbaycan Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 Yanvar faciəsində həlak olanların xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edib.

Lent.az-ın məlumatına görə, dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının dövlət himni səslənib.

Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də mərasimə qatılıblar.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

# 1999
avatar

Oxşar yazılar