497
05:38
15 Yanvar 2020

İspaniyada kimyəvi zavodda partlayış nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

İspaniyanın Tarraqona əyalətində kimyəvi zavodda partlayış nəticəsində yanğın baş verib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 nəfər ölüb, 6 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Kataloniya Daxili İşlər Nazirliyinin əməkdaşı Mikel Buk faktı təsdiqləyib.

O, Kataloniya radiosuna müsahibəsində deyib ki, bir nəfər itkin düşüb. Lakin onun partlayış zamanı zavodun daxilində olmasını təsdiqləməyib: “Bəlkə də partlayış baş verən zaman itkin düşən şəxs zavodda olmayıb”.

Mülki Müdafiə Xidmətinin məlumatında isə bildirilib ki, iki yaralının vəziyyəti kritik olaraq qiymətləndirilir, biri orta, digəri isə yüngül xəsarət alıb.