462
09:10
15 Yanvar 2020

Yol qəzasında sürücülər və sərnişin xəsarət aldı - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Kürdəmirdə baş verən qəza ilə bağlı məlumat yayıb.

APA-nın FHN-nin saytına istinadən xəbərinə görə, Kürdəmir rayonunda “Ford” markalı yük avtomobili və “QAZ” markalı minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri yük avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***

01:44

Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Qarabucaq kəndindən keçən 206-cı kilometrliyində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Kürdəmir rayonunun Muğanlı kənd sakini, 1979-cu il təvəllüdlü Ayaz Qısmət oğlu Sadıqovun idarə etdiyi “QAZ 3110” markalı minik maşını ilə Fərid Marif oğlu Cəfərovun idarə etdiyi “Ford-Tranzit” markalı mikroavtobus toqquşub. Zərbənun gücündən “FORD” yoldan çıxaraq aşıb.

Nəticədə hər iki nəqliyyat vasitəsinin sürücüsü və “FORD”da olan sərnişin, 1979-ci il təvəllüdlü Gəncə sakini Cavadzadə Mikayıl Fəxrəddin oğlu müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.