“Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı” kitabının təqdimatı olacaq
14 yanvar 2020 18:49 (UTC +04:00)

“Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı” kitabının təqdimatı olacaq

Yanvarın 16-da Atatürk Mərkəzində yazıçı, tədqiqatçı Xaqani İsmayılın “Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı” kitabının xarici dillərdə nəşrinin təqdimat mərasimi olacaq.

Lent.az xəbər verir ki, əsər ingilis, rus və Azərbaycan dillərində yayımlanacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Türk Tarix Qurumu tərəfindən yüksək dəyərləndirilən vəsaitin Türkiyədə çap olunması da nəzərdə tutulub.

Kitab Birinci Dünya müharibəsi fonunda Qafqaz, Anadolu və Orta Asiya bölgələrində yaşayan türklərin, müsəlmanların (habelə xristianların və yəhudilərin) soyqırımını sənədli qaynaqlar əsasında işıqlandıran əsərdir. Kitabda Mart Soyqırımı ilə bağlı beynəlxalq sənədlər də yer alıb.

# 2140
avatar

Oxşar yazılar