"Pullar üçümüzün arasında  bölünüb" - Nazirliyə qarşı dələduzluq  edənlərin İŞİ
18 avqust 2026 13:55 (UTC +04:00)

"Pullar üçümüzün arasında bölünüb" - Nazirliyə qarşı dələduzluq edənlərin İŞİ

0

Bakı Ağır Cinayətlər Məhkəməsində Maliyyə Nazirliyinə qarşı dələduzluq etməkdə təqsirləndirilən Elnur Əzimov, Emin Adıgözəlov və Nazim Qarayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə şahid ifadəsi ilə davam edib.

Şahid S.F. pulların karta vurulmasını özü tənzimlədiyini bildirib:

"İdxal olunmuş mallarla bağlı Samir Kamiloğlu bizi məlumatlandırmışdı. Kassa aparatlarını Samir bizə vermişdi, onun da 2-3 dənəsi işlədi. Onları mən, Emin və Samir qururduq, yoxlayıb işlədirdik. Kassadan əvvəldən qeyd olunmuş məhsulları vururduq. Portalların açılmasını mən edirdim. Pullar üçümüzün arasında bölünüb. Nazimi maşın alverçisi kimi tanımışam. Çeki özümüz və müəyyən məbləğə işçi kimi işlətdiyimiz adamlar çap edirdik, sonra çap etdiyimiz çeki özümüz portala vururduq. Bu işdə cinayət məsuliyyəti olduğunu bilmirdik".

Təqsirləndirilən Nazim Qarayevin vəkili vəsatət verərək, hüquqlarını müdafiə etdiyi şəxsin ağır şəkər xəstəsi və digər sağlamlıq problemlərinin olmasının nəzərə alınaraq ev dustaqlığına buraxılmasını məhkəmədən istəyib.

Məhkəmə tərkibi təqsirləndirilən şəxsin sağlıq durumu ilə bağlı sənədlərin məhkəməyə təqdim olunması üçün növbəti prosesi 8 sentyabr saat 14:00-a təyin edib.

Xatırladaq ki, Nazim Qarayev, Emin Adıgözəlov və Elnur Əzimov Cinayət Məcəlləsinin 178.4-cü (Dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 193.1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.

Maliyyə Nazirliyi iş üzrə zərərçəkmiş qismində tanınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar