Avtobusun vurduğu piyada öldü
10 yanvar 2020 12:58 (UTC +04:00)

Avtobusun vurduğu piyada öldü

Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanvarın 9-da saat 19 radələrində Abşeron rayonunun Novxanı kəndi ərazisində kənd sakini F.Vəliyev idarə etdiyi “Otokar” markalı avtobusla yolu keçən Bakı şəhər sakini Eminağa Ağaverdiyevi vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Fakrla bağlı Abşeron rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1256

Oxşar yazılar