988
19:44
10 Yanvar 2020

Hava, su və elektrik enerjisindən qida istehsal olunacaq

Finlandiyanın “Solar food” şirkətinin alimləri "havadan" zülal istehsal edəcəklər.

Lent.az Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) istinadən xəbər verir ki, onlar prosesə 2022-ci ildə başlayacaqlarını bildiriblər. Mütəxəssislər yeni məhsulun 10 il ərzində dünyada ən zəngin zülal mənbəyinə malik soya bitkisiylə rəqabət aparacağını deyiblər.

Tədqiqatlarda elektrik enerjisi vasitəsiylə su buxarının molekulları parçalanaraq hidrogen əmələ gətirir, karbon qazı karbon mənbəyinə çevrilir və birlikdə bu reaksiyanın nəticələri torpaqdan alınan bakteriyaların çoxalmasına şərait yaradır. Nəticədə isə zülal, yağ və karbohidratlarla zəngin maddə əmələ gəlir.

İlkin ehtimala görə, sözügedən maddələrlə zəngin bir kiloqram toz 7-10 nəfərin gündəlik protein ehtiyacını təmin edə bilər.

Tədqiqatçılar 2035-ci ilə qədər fermentasiya nəticəsində istehsal olunan zülalların heyvan mənşəli zülallardan təxminən 10 dəfə ucuz olacağını bildirirlər.