İran parlamentindən “Ağır intiqam” PLANI - YENİLƏNİB
07 yanvar 2020 12:46 (UTC +04:00)

İran parlamentindən “Ağır intiqam” PLANI - YENİLƏNİB

 

İran parlamenti “Ağır intiqam” adlı qisas planı hazırlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, plan bu gün İran parlamentariləri tərəfindən təsdiqlənib.

Planda qeyd edilib ki, ABŞ-ın Mərkəzi Qüvvələri Komandanlığı (CENTCOM), onun nəzdindəki bütün qurumlar terrorçu kimi tanınır. 

“İran İslam Respublikası Milli Təhlükəsizlik Şurasının qərarları çərçivəsində ABŞ-ın ölkənin maraqlarına zərər verən terror aktları cavablandırılmalıdır. İran Kəşfiyyat Nazirliyi iddia qaldırmaq üçün CENTCOM komandanlığının siyahısını təqdim etməlidir. İran Xarici İşlər Nazirliyi digər qurumların əməkdaşlığı ilə ABŞ-ın bölgədəki bazalarını bağlamalı və ABŞ-ın bölgədəki digər ölkələrin imkanlarından istifadə etməsinə mane olmağa çalışmalıdır. ABŞ-ın qərarını müdafiə edən və İnqilab Keşikçiləri xidmətindən yayınan bütün fiziki və hüquqi şəxslər cəzalandırılmalıdır”, - deyə planda bildirilib. 

****

11:14

İran ABŞ-ın bütün komandanlarını və Pentaqonun bütün səlahiyyətli şəxslərini terrorçu elan edib.

APA-nın xəbərinə görə, bu barədə İran parlamenti qərar qəbul edib.

Qeyd edək ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.

 

# 3242
avatar

Oxşar yazılar