Tayvanda Black Hawk hərb helikopterinin qəza enişietməsindən sonar ən azı 6 nəfər həlak olub.
Lent.az Lenta.ru-ya istinadla bildirir ki, bu barədə ölkə hökumətindəki mənbələr məlumat verib.
Tayvanın Müdafiə Nazirliyinin xəbərində isə 8 nəfərin öldüyü bildirilir. Onların arasında Tayvan ordusunun baş qərargah rəisi Şen İmin də var.
Bundan əvvəl məlumat verilirdi ki, xiasedicilər qəza yerində 10 nəfəri sağ aşkar ediblər.
Tayvanın 13 yüksək vəzifəli hərbçilərinin, o cümlədən baş qərargah rəisi Şen İminin də olduğu helikopter yanvarın 2-də ölkənin şimalında yoxa çıxıb. Helikopterlə əlaqə yerli vaxtla səhər saat 8-ə yaxın kəsilib.
***
09:51
Tayvanın xilasediciləri helikopterin məcburi enişindən sonar yoxa çıxan 3 hərbçini axtarır.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, onların arasında Tayvan ordusunun baş qərargah rəisi Şen İmin də var.
İnformasiyanı yerli hərbi mənbələr də təsdiqləyiblər.
Helikopterin göyərtəsində ümumilikdə 13 nəfər olub. Onların 10-u sağ tapılıb.