728
13:47
28 Dekabr 2019

İl ərzində Təcili Tibbi Yardıma edilən müraciətlərin SƏBƏBLƏRİ

2019-cu il ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 726693 ümumi müraciət daxil olub.

Bu barədə Lent.az -a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu müraciətlərdən 66600-dən çoxu xəstəxanalara yerləşdirilib:

"Uşaqlar üçün edilən çağırışların sayı 80000, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 13200 olmuşdur ki, bu rəqəmdə artım qeyd edilir. Pediatrik çağırışları Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bölmələrində fəaliyyət göstərən pediatrik briqadalar tərəfindən icra olunmasına üstünlük verilib.

Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 3600 nəfərdən çox olub. Ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 78540, hospitalizasiya 13300, miokard infarktı ilə müraciətlərin sayı 870, hospitalizasiya 814, insultla müraciətlərin sayı 3600, hospitalizasiya 3200 olub.

Sinir sistemi xəstəlikləri ilə əlaqədar müraciətlərin sayı artdığından, belə xəstələrə göstərilən tibbi yardımın keyfiyyətini yüksəltmək məqsədi ilə, nevrologiya üzrə ixtisasartırma kurslarında dəfələrlə iştirak etmiş həkimlərdən ibarət xüsusiləşmiş briqadalar təşkil edilib".

Məlumatda həmçinin qeyd edilib ki, doğuşla bağlı müraciətlərin sayı 2680, hospitalizasiya 2670, hospitalizasiyadan imtina edilən hər bir hal barəsində Bakı Baş Səhiyyə İdarəsinə, ərazi üzrə qadın məsləhətxanasına, poliklinikaya, hüquq mühafizə orqanlarına məlumat verilərək, ünvana polis əməkdaşları dəvət olunub:

"Ümumi müraciətlərin içində bədbəxt hadisələrin sayı 26700, hospitalizasiya 18300-dür. Bədbəxt hadisələr zamanı xəsarət alanların çox hissəsini travmalar (zədələnmələr) təşkil edir. Travmalara məişət, nəqliyyat, istehsalat və digər sədələnmələr aiddir. Zədələnmələrin ümumi sayı 21718, hospitalizasiya isə 13833 olub".

Dİgər xəbərlər