1293
09:41
27 Dekabr 2019

20 yaşlı gəlin itkin düşdü: qayınanası axtarır

Balakəndə gənc qadın itkin düşüb.

Lent.az -ın məlumatına görə, bu barədə onun qayınanası, şəhərin M.Əsədov küçəsində yaşayan Rəcəbova Yasəmən Rza qızı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. O, etdiyi müraciətində gəlini, 20 yaşlı Mustafayeva Elmira Arzuman qızının yaşadığı evdən çıxıb bir daha geri qayıtmadığını bildirib.

Müraciət əsasında Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Dİgər xəbərlər