
Polis mayorunun bıçaqlanması ilə bağlı YENİ XƏBƏR - YENİLƏNİB

Tərtər rayonunda bıçaqlanan polis mayorunun səhhəti ağır stabildir.
Lent.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Tərtər rayonunda bıçaq xəsarətləri alaraq xəstəxanaya gətirilən polis əməkdaşına Tərtər Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bərdə Mərkəzi Rayon Xəstəxanasına göndərilib.
Xəstəxanadan verilən məlumata görə, qarın boşluğuna nüfuz edən bıçaq yaraları diaqnozu ilə xəstəxanaya çatdırılan yaralı, dərhal əməliyyat olunub. Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub. Hazırda reanimasiya şöbəsində müalicə alan yaralının vəziyyəti ağır stabil kimi qiymətləndirilir.
***
09:13
Tərtərdə polis zabiti bıçaqlanıb.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Buruc kəndində qeydə alınıb.
Kənd sakini Seyhun Nəcəfov sərxoş vəziyyətdə qardaşı Arif Nəcəfovla mübahisə edib. Bu zaman Seyhun Nəcəfov hadisə yerinə gələn Tərtər rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, sahə müvəkkili, mayor Elçin Aslanova üstündə gəzdirdiyi bıçaqla 5 zərbə endirib.
E. Aslanov xəstəxanaya çatdırılıb, onun həyatı xilas edilib.
Hadisəni törədən S. Nəcəfov saxlanılıb.
Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
edsdsds.jpg)
Mehman Nəbiyev
Oxşar yazılar

Yaşadığı evdə asılmış meyiti tapıldı
23 yanvar 2021 , 02:20
Daha bir vəzifəli şəxs TUTULDU
22 yanvar 2021 , 22:34
Masallının Baş həkimi saxlanıldı - XÜSUSİ ƏMƏLİYYAT
22 yanvar 2021 , 20:52
Azərbaycanda qadın su kanalında boğuldu
22 yanvar 2021 , 19:37
Azərbaycanda xəstə kişidən DƏHŞƏTLİ ƏMƏL: arvadını...
22 yanvar 2021 , 19:19Bakıda polis maşını qəzaya səbəb oldu
22 yanvar 2021 , 19:02Sosial şəbəkələrdə narkotik təbliğ edən saxlanıldı - FOTO
22 yanvar 2021 , 18:34
Bakıda 6 evdən oğurluq edən tutuldu - FOTOLENT
22 yanvar 2021 , 15:11