14:37
25 Dekabr 2019

"Kişilik kitabı varsa, verin oxuyum" - Cavanşir Məmmədov - VİDEO

Əməkdar artist Cavanşir Məmmədov “Ona qalsa” verilişində qonaq olub.

Lent.az -ın məlumatına görə, müğənni verilişdə bir neçə açıqlama verib:

“Qadın olmaq asandır, xanım olmaq çətindir. Biz kişilər qadınlara nisbətən kobuduq. Bəzi şeylərdə qabağa düşüb, söz deyirik. Hörmət xatirinə deyilən söz var, biri də var əsl xanımla danışanda ehtiyatlı olursan. Qadın şaqqıldamalı deyil, gülməlidir. Güləndə 32 dişi görünməməlidir. Yerişi, duruşu, ağlamağı, gülməyi, müraciəti xanım kimi olmalıdır. Amma bu, heç bir kitabda yoxdur. Yaxud deyirlər ki, kişi deyilsən? O kişilik kitabı haradadır, verin oxuyum. Hərənin xüsusiyyəti ayrıdır. Müəyyən qədər yaxşını axtarıb tapmalıyıq, əsl xanımlara xanım kimi yanaşmalıyıq. Elə belə “xanım” deyirik. Onu özümüz bilirik niyə deyirik. İndiki zamanda cənab olmaq, “mujik” olmaq çətindir”.

Dİgər xəbərlər