
Bu kanallarda daha çox pozuntulara yol verilib - MONİTORİNQ

“Aparılan monitorinqlər ümumilikdə 2019-cu ili teleradio yayımı sahəsində inkişaf ili kimi dəyərləndirməyə imkan verir”.
Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
O bildirib ki, xüsusilə də yayımçıların proqram səbətlərində maarifləndirici layihələrin, geniş spektrli aktual ictimai-siyasi mövzulara həsr olunmuş verilişlərin, publisistik layihələrin, tok-şouların artımı özünü göstərib.
Şöbə müdirinin sözlərinə görə, bu isə milli teleradio proqramlarına yerli tamaşaçının marağının artması ilə nəticələnib.
“Həmçinin müşahidələr onu göstərir ki, maarifləndirici layihələrin, tok-şouların artması bir növ, şou-biznes layihələrini, əyləncəli verilişləri kölgədə qoyub. Teleradio yayımı sahəsində müsbət mənzərənin formalaşmasında dövlət büdcəsindən maliyyələşən yayımçılarla yanaşı, özəl yayımçıların da mühüm rolu vardır. Belə ki, özəl telekanalların efirində yayımlanan “Yol əhvalatı”, “Əsgər”, “Marş irəli”, “Yadındamı”, “Rezonans”, “İnam”, “Mövqe”, “Panoram”, “Sirdaş” və s. kimi maarifləndirici veriliş və tok-şoular geniş tamaşaçı marağına səbəb olub. Bundan başqa, Real TV və ARB24 kimi tematik yayım həyata keçirən kanalların fəaliyyəti də müsbət mənada seçilib. Bütün bunlarla yanaşı, il ərzində teleradio yayımı haqqında qanunvericiliyin pozulması halları da az olmayıb. Yayımçılar daha çox reklam və sponsorluqla bağlı tələbləri pozublar. Bəzi hallarda isə qanunvericiliyin milli-mənəvi dəyərlərlə bağlı tələblərinin pozulması halları da müşahidə edilib”, - deyə T. Dadaşov vurğulayıb.

Oxşar yazılar

Azərbaycana Pfizer peyvəndi də gətiriləcək
27 yanvar 2021 , 15:07
Tarix İnstitutuna yeni direktor seçildi
27 yanvar 2021 , 13:37
Sabah hava necə olacaq? - PROQNOZ
27 yanvar 2021 , 13:15
Düşmənin dağıtdığı evlər və infrastruktur bərpa olunur-FOTOLENT
27 yanvar 2021 , 13:11
Bu siniflərdə dərslərin açılması yubana bilər - SƏBƏB
27 yanvar 2021 , 12:37Dünyaca məşhur fotoqraf Kəlbəcərdən yazdı
27 yanvar 2021 , 12:09
"Qaradağdakı şəhid məzarları ilə bağlı ciddi tapşırıqlar verilib" - Mehdi Mehdiyev
27 yanvar 2021 , 12:06
Yeni nazir kollektivə təqdim edildi
27 yanvar 2021 , 11:54