Zəhərlənənlər evə buraxıldı - YENİLƏNİB
16 dekabr 2019 10:48 (UTC +04:00)

Zəhərlənənlər evə buraxıldı - YENİLƏNİB

"Qusarın Qələcuq kəndindən qida zəhərlənməsi ehtimalı ilə bir ailənin 8 üzvü Qusar Mərkəzi Rayon Xəstəxanasına gətirilib".

Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, xəstələrə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

***

10:33

Qusar rayonunda qidadan kütləvi zəhərlənmə baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qələcuq kəndində qeydə alınıb. 

7 yaşlı Ağakişiyeva Mədinə Tərlan qızı, 9 yaşlı Ağakişiyeva Lalə Tərlan qızı, 8 yaşlı Ağakişiyev Məmmədəli Kamran oğlu, 5 yaşlı Ağakişiyev Seyidəli Kamran oğlu, 1 yaşlı Ağakişiyeva Şəfa Kamran qızı, 56 yaşlı Ağakişiyev Ağaəfəndi Əliəfəndi oğlu, 30 yaşlı Ağakişiyeva Aygün Fikrət qızı və Ağakişiyeva Nəsibə Kamil qızı qida zəhərlənməsi diaqnozu ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

İlkin ehtimala görə onların qutabdan zəhərləndiyi bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

# 1035
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar