Bakıda çoxmərtəbəli bina yandı: 70 sakin təxliyə edildi
12 dekabr 2019 09:14 (UTC +04:00)

Bakıda çoxmərtəbəli bina yandı: 70 sakin təxliyə edildi

Bakıda çoxmərtəbəli binada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 95 m² olan 2 otaqlı mənzilin bir otağında ev əşyaları 10 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 70 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

# 1392
avatar

Oxşar yazılar