Həbib Nurməhəmmədov Ümrə ziyarətində
11 dekabr 2019 17:55 (UTC +04:00)

Həbib Nurməhəmmədov Ümrə ziyarətində


UFC-nin yüngül çəkidə hazırkı çempionu Həbib Nurməhəmmədov Səudiyyə Ərəbistanının Məkkə şəhərinə yollanıb. 

Lent.az-ın məlumatına görə, 31 yaşlı idmançı Ümrə ziyarətinə gedib.

Həbib bu barədə 18,2 milyonluq instaqram səhifəsində paylaşım edib. Kəbə evinin şəklini paylaşan Nurməhəmmədov "Hər şeyi verdiyi üçün Allaha həmd olsun" sözlərini yazıb.

Qeyd edək ki, H.Nurməhəmmədov növbəti döyüşünü aprelin 18-də Toni Ferqyusona qarşı keçirəcək.

 

# 1204
avatar

Oxşar yazılar