Xəstənin öd kisəsindən 4 minə yaxın daş çıxarıldı - HEYRƏTAMİZ ƏMƏLİYYAT
07 dekabr 2019 12:00 (UTC +04:00)

Xəstənin öd kisəsindən 4 minə yaxın daş çıxarıldı - HEYRƏTAMİZ ƏMƏLİYYAT

Türkiyənin Çorum vilayətində 60 yaşlı bir qadının öd kisəsindən 3765 daş çıxarılıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şiddətli ağrılar səbəbindən həkimə müraciət edən qadına “kəskin xolesistit” diaqnozu qoyulub və dərhal əməliyyata götürülüb.

3 saat sürən əməliyyat nəticəsində öd kisəsi çıxarılıb. Kisədən irili-xırdalı 3765 daş götürülüb.

Xəstənin öd kisəsindən çıxan daşların 4 həkim tərəfindən sayılmasına bir saat sərf olunub.

Qadını əməliyyat edən həkim öd kisəsində bu sayda daş olmasına ilk dəfə rast gəldiyini deyib.

 

# 1743
avatar

Aygün İbrahimli

Oxşar yazılar