928
19:48
30 Noyabr 2019

Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 9 müraciət edildi

Noyabrın 29-dan 30-na kimi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 9 nəfər zəhərlənmə ilə bağlı müraciət edib.

Bu barədə Lent.az -a 1 saylı Şəhər Kliniki Xəstəxananın Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov məlumat verib.

Onun sözlərinə görə, müraciət edən şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb:

“Zəhərlənənlərdən dördü dəm qazından, ikisi dərmandan, üçü isə spirtli içkidən zəhərlənərək şöbəmizə müraciət ediblər. Həmin şəxslərə yardım edildikdən sonra evə buraxılıblar”.