Bakı-Quba yolunda ağır qəza: ölənlər var  - YENİLƏNİB
29 noyabr 2019 18:44 (UTC +04:00)

Bakı-Quba yolunda ağır qəza: ölənlər var - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Bakı-Quba yolunda baş verən qəza ilə bağlı məlumat yayıb.

Nazirlikdən Lent.az-a bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda “Khazar” markalı minik avtomobili yol kənarındakı beton maneəyə çırpılıb. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü, 26 yaşlı Ağayev Ağarza Eldar oğlunun və 1 sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***

17.28

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Bakı-Quba yolunun 8,7-ci kilometrliyində qeydə alınıb. Yüksək sürətlə idarə olunan minik avtomobili maneəyə çırpılıb. Qəza nəticəsində kimliyi hələlik bilinməyən 25-30 yaşlarında iki nəfər ölüb. 

Onların kişi olduğu bildirilir. Ölən şəxslərin kimliklərinin müəyyən edilməsi ətrafında araşdırmalar aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7111

Oxşar yazılar