1199
16:04
29 Noyabr 2019

Pudinqi belə hazırlayın: Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.

Bu dəfə sizi sosial şəbəkədə “Bis-Dus Babayeva” adı ilə məşhur olan səhifəyə istinadla pudinqin hazırlanması ilə tanış edəcəyik.

Tərkibi:

5 stəkan süd, 1 stəkan şəkər tozu, 2 xörək qaşığı un, 1,5 xörək qaşığı qarğıdalı nişastası, 50 qr yağ, 3 xörək qaşığı kakao.

Hazırlanması:

Unu, şəkər tozunu, qarğıdalı nişastasını, kakaonu qazana əlavə edib qarışdırırıq. Sonra südün bir hissəsini əlavə edib həll olunana qədər qarışdırırıq. Daha sonra südün qalan hissəsini də əlavə edib, ocağa qoyuruq. Pudinq hazır olduqdan sonra yağı əlavə edirik. Pudinq soyuduqdan sonra servis edirik. Çox soyuq yemək istəyənlər soyuducuya da yerləşdirə bilərlər.

Nuş olsun!