
Məktəblilərimiz qızıl medal qazandılar - FOTOLENT
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri şagirdlərinin idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışlardakı uğurları davam edir.
Bu barədə Lent.az-a BŞTİ-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, şahmat üzrə Türkiyədə keçirilən Ümumdünya Yeniyetmələr Olimpiadasında milli komandanın tərkibində çıxış edən BŞTİ-nin tabeliyindəki 308 nömrəli tam orta məktəbin XI sinif şagirdi Gövhər Beydullayeva qızıl medal və kubokla mükafatlandırılıb.
Vətənə qalibiyyətlə dönən digər idmançılar isə 171 nömrəli tam orta məktəbin şagirdləridir. Məktəbin X sinif şagirdi Alişanov Oruc taekvando idman növü üzrə keçirilən beynəlxalq yarışda 70 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Məktəbli bu qalibiyyətinə görə qızıl medal, diplom və kubokla mükafatlandırılıb. Məktəbin XI sinif şagirdi Hüseyn Əliyev isə 59 kiloqram çəki dərəcəsində II yeri tutub.
Paytaxtdakı 270 nömrəli tam orta məktəbin V sinif şagirdləri Elton Əliyev və Cansu Əhmədzadə karate üzrə Makedoniyada keçirilən XI Avropa çempionatında 30 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək I yeri tutublar. Məktəblilər bu uğurlu qələbələrinə görə qızıl medalla mükafatlandırılıblar.
116 nömrəli tam orta məktəbin XI sinif şagirdi Riyad Şirəliyev taekvando idman növü üzrə Koreyada keçirilən dünya çempionatında III yerə layiq görülüb. Məktəbli bu qalibiyyətinə görə medal və sertifikatla təltif olunub.

Hicranə Əlişqızı
Oxşar yazılar

Balaca Aylanın vəziyyəti yenə pisləşdi – YARDIM EDƏK
25 yanvar 2021 , 18:45
Koronavirus statistikası: 57 nəfər yoluxdu, 273 nəfər sağaldı, 11 nəfər öldü
25 yanvar 2021 , 18:31
FHN-dən bu ərazilərə gedənlərə və yaşayanlara MÜRACİƏT
25 yanvar 2021 , 16:33
"Kontakt Home"un bu reklamı mütəxəssisləri ayağa qaldırdı - FOTO
25 yanvar 2021 , 16:11
Didərgin düşdüyü yurdda şəhidliyə ucalan qəhrəman: “Ölsəm, dərdim yoxdu...”
25 yanvar 2021 , 14:46
Azərbaycana növbəti peyvəndin gətiriləcəyi tarix AÇIQLANDI
25 yanvar 2021 , 13:12
Sabahın HAVA PROQNOZU
25 yanvar 2021 , 12:54
Yusif, Əli, Zəhra, Zeynəb... - Azərbaycanda uşaqlara ən çox verilən ADLAR
25 yanvar 2021 , 12:21