Tanınmış aparıcı Azər İsmayılov (Zahid) üçüncü dəfə ailə həyatı qurur.
Lent.az "qafqazinfo”ya istinadla xəbər verir ki, A.İsmayılov bu dəfə İlahə adlı xanımla nikah bağlayır.
Bir müddətdir sevgili olan cütlük münasibətini rəsmiləşdirmək qərarına gəlib. Toy noyabrın 21-də Bakıda restoranların birində baş tutacaq.
Bundan əlavə, A.İsmayılov növbəti nikahından Uğur adlı oğlunun olduğunu sosial şəbəkədə qeyd etsə də, daha sonra uşağın aparıcının öz övladı yox, bacısının oğlu olduğu ortaya çıxmışdı.
Xatırladaq ki, Azərin birinci evliliyi aparıcı Vüsalə Əlizadə ilə olub. Cütlük 2013-cü ildə ayrılıb. Onların bu nikahdan Dilək adlı qız övladı var.