756
18:45
13 Noyabr 2019

Bəhməzin hazırlanması - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.

Bu dəfə sizi sosial şəbəkədə “Ağababa Ağababa” adı ilə məşhur olan səhifəyə istinadla bəhməzin necə hazırlanması ilə tanış edəcəyik.

Tərkibi:

Xurma, su,

Hazırlanma qaydası:

Əvvəlcə xurmaları yuyuruq. Suyu çəkildikdən sora saplaqlarını çıxarırıq, ləyənə yığıb əzirik. Sonra ocağa qoyub, su töküb, gur odda meyvələr yumşalana qədər bişiririk. Bişirərkən tez-tez qarışdırmaq lazımdır ki, meyvələr ləyənə yapışıb dibini yandırmasın. Təxminən 1 saat yarım bişirdikdən sonra ocağı söndürürük. Bişirilən xurmaların suyunu digər bir ləyənə sıxırıq. Təmiz parçanın içinə meyvəni əlavə edib yaxşıca sıxırıq. Sonra meyvənin şirəsini ocağa qoyub bəkməz halına düşənə qədər qaynadırıq. Təxminən 4 saata qədər qaynadıqdan sonra ocaqdan götürürük. Sonra sterilizə olunmuş butulkalara yığıb sərin yerə qoyuruq.

Nuş olsun!