Azərbaycanda bədbəxt hadisə: qadın yıxılıb, bıçaq üzünə girib
07 noyabr 2019 21:51 (UTC +04:00)

Azərbaycanda bədbəxt hadisə: qadın yıxılıb, bıçaq üzünə girib

 

Şabran rayonunda ölüm hadisəsi qeydə alınıb.
 
APA-nın yerli bürosunun məlumatına görə, 1983-cü il təvəllüdlü  Əliyeva Rəşadət Niyətulla qızı öz evində yıxılıb və bıçaq yanağına batıb. 

Kəsici alət eyni zamanda 36 yaşlı qadının beyin hissəsinə də nüfuz edib. Ağır vəziyyətdə Bakıdakı xəstəxanalardan birinə gətirilsə də həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
 
Faktla bağlı araşdırma aparılır.

# 1437
avatar

Oxşar yazılar