304
12:08
06 Noyabr 2019

Bakıda evdə külli miqdarda narkotik tapıldı

Maştağa sakinindən külli miqdarda narkotik götürülüb.

Daxili İşlər Nazirliyindən Lent.az -a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının əldə etdikləri məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbə sakini C.Hüseynovun evindən 7 kiloqram 400 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.