
"İlqar Məmmədovun təklifləri ReAl-ı Kommunist Partiyasına çevirəcək" - Azər Qasımlı

“Partiyada idarəetmədə kollektiv qərar vermək son 6 ayda daha da zəifləyib. İlqar Məmmədov bizim qurduğumuz yerli təşkilatları dağıdıb, məhv etmək istəyir. O, İdarə Heyətinin son iclasında dəyişiklik və islahat etmək lazım olduğunu dedi. İlqar Məmmədovun təklifləri ReAl-ı Kommunist Partiyasına çevirəcək, təkhakimiyyətlilik yaradacaq. Hətta 90-cı illərdə yaranmış partiyalarda belə biabırçı vəziyyət yoxdur. İlqar Məmmədovun təklif etdiyi əcaib və avtoritar bir strukturdur".
APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında ReAL-ın sabiq Məclis sədri Azər Qasımlı deyib.
O qeyd edib ki, İlqar Məmmədov həbsdən çıxdıqdan sonra yerli təşkilatlar onun tabeliyində olub: “İlqar Məmmədov bir il sonra dedi ki, yerli təşkilatlar çox zəifdir. Mən bunu qəbul etmirəm. Zəifdir deməsini doğru saymıram. Bir il ərzində güclü etmək imkanı var idi. Lakin İlqar Məmmədov bunu etmədi”.

Oxşar yazılar
Əsgərimiz minaya düşərək şəhid oldu - FOTO
21 yanvar 2021 , 21:44
Kəlbəcərin Kəndyeri kəndi - VİDEO
21 yanvar 2021 , 18:51
Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət etdi
20 yanvar 2021 , 12:08
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO
20 yanvar 2021 , 12:00
20 Yanvar faciəsindən 31 il ötür
20 yanvar 2021 , 00:54
Prezident 20 Yanvarla bağlı paylaşım etdi
19 yanvar 2021 , 23:08
Şuşa Türk dünyasının mədəni paytaxtı elan edilə bilər
19 yanvar 2021 , 16:44
Dağlıq Qarabağın Azərbaycanlı İcması Şuşaya köçürülür
19 yanvar 2021 , 15:01