
“Fövqəladə hallar uşaqların gözü ilə” yaradıcılıq müsabiqəsi keçiriləcək
Təhsil və Fövqəladə Hallar nazirliklərinin birgə razılaşmasına əsasən, “Fövqəladə hallar uşaqların gözü ilə” IX respublika uşaq yaradıcılıq müsabiqəsi keçiriləcək.
Bu barədə Lent.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, müsabiqə ümumtəhsil məktəbləri, lisey və gimnaziyalar, internat məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin I-XI sinif şagirdləri arasında rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyaları üzrə təşkil olunacaq.
Müsabiqəyə təqdim olunan işlər münsiflər heyəti tərəfindən seçilərək qaliblər haqqında məlumatlar noyabrın 15-dək Fövqəladə Hallar Nazirliyinə göndərilməlidir.
Qaliblər qiymətli hədiyyə və diplomlarla mükafatlandırılacaqlar.
Qeyd edək ki, “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq dekorativ, yaradıcı, texniki və intellektual yaradıcılıq müsabiqəsi ümumtəhsil məktəblərinin şagirdləri arasında fərdi-komanda birincilik yarışıdır. Müsabiqə uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi, istedadlı uşaqların üzə çıxarılması, onlara dəstək göstərmək, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsi, uşaq və gənclər arasında fövqəladə hal problemlərinə ictimaiyyətin diqqətini yönəltmək məqsədilə təşkil edilir.

Hicranə Əlişqızı
Oxşar yazılar

Azərbaycan və Rusiya pirotexnikləri minaların təmizlənməsi əməliyyatında - FOTO - VİDEO
19 yanvar 2021 , 21:32
Bölgələrdə qar, Bakıda sulu qar yağdı - FAKTİKİ HAVA
19 yanvar 2021 , 21:14
“Müharibə olmasa, mən indi qəhrəman deyildim...” – Milli Qəhrəman olmuş mühəndis danışır
19 yanvar 2021 , 20:15
Kəlbəcər rayonunun Çopurlu kəndindən VİDEOGÖRÜNTÜ
19 yanvar 2021 , 18:32
Rusiyadan Qarabağa əlavə mina təmizləyən texnika gətirildi - VİDEO
19 yanvar 2021 , 18:22“Ata, mənəm, ölən oğlun...” – Cəbhə xəstəxanasından FİLM KİMİ REPORTAJ – Səbuhi Məmmədli yazır
19 yanvar 2021 , 18:01
Polietilen torbalar pullu olacaq - RƏSMİ
19 yanvar 2021 , 17:30
Şaxtalı havada avtomobilə ən vacib qulluq... "hər qış dəyişdirilməlidir"
19 yanvar 2021 , 17:16