
Kombat Ciu-Citsu üzrə komandamız uğurlar qazanmaqda davam edir - FOTOLENT
2014-cü ildən Azərbaycanda fəaliyyət göstərən Avrasiya Kombat Ciu-Citsu Federasiyası onun təsisçisi və 1-ci vitse-prezidenti Rəsul Məmmədovun rəhbərliyi altında son illər ərzində ölkəmizi beynəlxalq miqyaslı yarışlarda uğurla təmsil edərək bir sıra nailiyyətlərə imza atıb.
Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Belə ki, 19 oktyabr 2019-cu il tarixində Ukraynanın paytaxtı Kiyev şəhərində gənclər və böyüklər arasında Kombat Ciu-Citsu üzrə Dünya çempionatı keçirilib. 20 ölkədən 340-dan çox idmançının mübarizə apardığı yarışda komandamız yüksək nəticələr göstəriblər. Bu yarışda respublikamız 5 idmançı ilə təmsil olunub. Yarışlar “Klous kontakt”, “Full kontakt” və “Self defans”ı üzrə üç versiyada keçirilib. 16-17 yaşlı idmançılar arasında 60 kq çəki dərəcəsində Fidan Yusifova “Klous kontakt” versiyasında qızıl medal, 60 kq çəki dərəcəsində Əhədli Yasər “Klous kontakt” versiyasında qızıl medal, “Full kontakt” versiyasında gümüş, 70 kq çəki dərəcəsində isə Məmmədov Zaur bu yarışların bürünc medalına layiq görülüblər.
Böyüklər arasında keçirilən yarışda isə komandamızın üzvləri 70 kq çəki dərəcəsində Vüqar Cəfərov, 92 kq çəki dərəcəsində isə Ramin Kazımov “Self kontakt” versiyasında bürünc medala layiq görülüblər.
Ümumilikdə 7 medal qazanan Azərbaycan yığması komanda hesabında üçüncü yeri tutub və dünya çempionatının kuboku ilə təltif edilib. Yarışdan sonra komandamızı Azərbaycanın Ukraynada səlahiyyətli səfiri Azər Xudiyev qəbul edib, onları qazandıqları nailiyyətlərə görə təbrik edərək uğurlar arzulayıb və sonda komanda ilə xatirə şəkilləri çəkilib.
29 oktyabr 2019-cu il tarixində 2019-cu ilin avqust ayında təsis olan Hərbiçilər və Hüquq-mühafizə orqanların İdman Assosiyasiyasının prezidenti Fizuli Musayev idmançılarla görüşmüş, onları qazandıqları nailiyyətlərə görə təbrik edib, gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.
Oxşar yazılar

Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06
Modriç “Real”da onu əvəz edə biləcək oyunçunu AÇIQLADI
11 iyul 2025 , 18:24
Yamaldan futbol tarixinin ən böyük oyunçusu ilə bağlı QƏTİ QƏRAR
11 iyul 2025 , 15:31
Con Terri futbol izləməyi dayandırıb, darıxdırıcı olduğu üçün
11 iyul 2025 , 12:21
Haaland tətilini sevgilisi ilə İbizada keçirir: yaxtada gəzirlər
11 iyul 2025 , 09:39
"Fənərbaxça" italyanları rədd etdi
11 iyul 2025 , 01:27