599
19:26
22 Oktyabr 2019

İrimiqyaslı silah əməliyyatı: 4-ü polis olmaqla 75 nəfər saxlanıldı

İstanbulda silah qaçaqmalçılığına qarşı irimiqyaslı əməliyyat keçirilib.
İstanbul Kriminal Polis Laboratoriyasında xidmət aparan polislərin, laboratoriyanın anbarından mərmiləri şübhəlilərə satdığı və şübhəlilərin istehsal etdiyi “X-ray”dan keçə bilən Glock markalı “Ruh” silahlarını da 12-16 min lirəyə (təxminən 3.6 və 4.8 min manat) satdıqları isbat olunub.
Lent.az -ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin qrupları şəhərin Pendik, Qartal, Maltəpə və Tuzla qəsəbələrində tez-tez sənədsiz silah aşkar olunması ilə bağlı əməliyyat keçirib. Polis əməkdaşları keçirdikləri əməliyyatlar zamanı Mustafa.K və Mustafa.Aya məxsus silah sexlərini aşkar ediblər. Polis qrupları əməliyyat əsnasında şübhəliləri fiziki və texniki olaraq 6 ay addım-addım izləyib.
İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları eyni anda 10 şəhərdəfərin tutulması ilə sonladan əməliyyata səhər saatlarında başlayıb. İstanbul, Konya, Kocaeli, Aydın, İzmir, Van, Bingöl, Düzce, Sakarya və Bursada 3-ü silah emalatxanası olmaqla 129 ünvana Özəl Hərəkat dəstələri və polis helikopterinin dəstəyi ilə basqın edilib.
Keçirilən əməliyyatlarda 4-ü polis olmaqla 75 adam saxlanılıb. 31 nəfərin axtarış işləri davam etdirilir. Polis əməkdaşları əməliyyat aparılan yerlərə baxış zamanı 53 tapança, 520 qram metamfetamin, 5100 müxtəlif çaplı mərmi və 50 maqazin tapılıb.
Saxlanılanlar arasında olan 4 polisin İstanbul Kriminal Polis Laboratoriyasında xidmət aparması, onların silah istehsal edən Mustafa.K-ya silah satmaları və bunun qarşısında pul aldıqları təsbit olunub.