"Barış bulağı" əməliyyatında məhv edilən terrorçu sayı 399-a çatıb
12 oktyabr 2019 01:22 (UTC +04:00)

"Barış bulağı" əməliyyatında məhv edilən terrorçu sayı 399-a çatıb

 

Suriyanın şimalında Türkiyə ordusu tərəfindən aparılan “Barış bulağı” antiterror əməliyyatı çərçivəsində zərərsizləşdirilən PKK/PYD, YPG terrorçularının sayı 399-a çatıb.

APA xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Buna qədər 342 terrorçunun məhv edildiyi deyilirdi.

“Fərat çayının şərqinə doğru uğurla davam etdirilən “Barış bulağı” əməliyyatı zamanı ümumilikdə 399 PKK/PYD terrorçusu məhv edilib”, - məlumatda belə deyilir.

# 734
avatar

Oxşar yazılar