Vaqif Bayatlı əməliyyat olundu
08 oktyabr 2019 12:57 (UTC +04:00)

Vaqif Bayatlı əməliyyat olundu

Tanınmış şair Vaqif Bayatlının ürəyinə stend qoyulub. Şairin beynində problem olduğundan ürəyindəki narahatlığı da stend qoymaqla həll etmək mümkün deyildi.

Bu barədə Lent.az-a Vaqif bəyin xanımı Tamam Bayatlı məlumat verib.

“Neçə ildir ki, həm beynində, həm də ürəyində problem vardı. Şükür, artıq beynindəki xəstəlik tamamilə sağaldığı üçün ürəyində əməliyyata da həkimlər icazə verdilər. İndi Türkiyədəyik, üç stend qoyulub ürəyinə. Sabah sonuncu yoxlamadan da hər şey yaxşı çıxsa, həftə sonu Bakıya qayıdırıq”- Tamam xanım bildirib.   

# 1038
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar