
Özəl tibbi fəaliyyətlə məşğul olan həkimlərə güzəşt - Yeni təklif
"Özəl tibb sektoru üzrə assosiasiyanın yaradılması çox vacibdir".
APA xəbər verir ki, bunu Tibb Biznesi Forumu: mövcud vəziyyət və perspektivlər" mövzusunda keçirilən Forumda çıxışı zamanı Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib.
Sədr müavini bildirib ki, müxtəlif assosiasiyalar var, amma özəl tibb sektorunda çalışan həkimləri koordinasiya edən, onların ümumi maraqlarını, problemlərini müzakirə edən, cəmiyyətə, dövlət orqanlarına çatdıran belə bir qurumun olması gələcəkdə bu sistemin daha geniş inkişaf etməsinə şərait yaradacaq.
M. Quliyev deyib ki, Azərbaycanda tibbi turizm inkişaf edir, ancaq bunun birtərəfli olması təəssüfedicidir. Çünki tibbi turizmlə məşğul olanlar Azərbaycandan qonşu ölkələrə xəstə axını təşkil edilir: “Biz elə sistem qurmalıyıq ki, Azərbaycana da tibbi turizmlə əlaqədar insanlar gəlsinlər. İrandan, Gürcüstandan, Türkiyədən, Dağıstandan da xəstə insanların Azərbaycana müalicə üçün gəlməsi barədə düşünməliyik. Biz vətəndaşlarımızı xaricə göndərməklə tibbi turizm sahəsində uğur qazana bilmərik. Özəl tibbi fəaliyyətlə məşğul olan həkimlərə güzəştlər edilməlidir”.
Oxşar yazılar

Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10
Süni intellektlə pəhriz yazanları nə gözləyir? - Canımızı "ChatGPT"yə etibar edə bilərikmi?
11 iyul 2025 , 17:12
Bəy toyda atasını dəli etdi və sillələndi
11 iyul 2025 , 16:29Havanın temperaturu 40 dərəcəni keçəcək - XƏBƏRDARLIQ
11 iyul 2025 , 15:26
Tək ümidləri yağışa qalıb: İmişlidə pambıq sahələri və bostanlar SUSUZLUQDAN YANIR
11 iyul 2025 , 14:03
Azərbaycanda yaşamaq icazəsi üçün hansı tələblər var? - CAVAB
11 iyul 2025 , 13:49