Bakıda "simsiz rabitə” xidmətinin göstərilməsində fasilələr yaranacaq
05 sentyabr 2019 20:27 (UTC +04:00)

Bakıda "simsiz rabitə” xidmətinin göstərilməsində fasilələr yaranacaq

 

Bu gecə saat 02:00-06:00 arası LTE texnologiyası əsasında təmin olunan “simsiz rabitə” şəbəkəsində aparılan yenidənqurma və profilaktik tədbirlərlə əlaqədar şəbəkənin əhatə dairəsinə daxil olan bütün ərazilərdə müvafiq  xidmətin göstərilməsində fasilələr qeydə alınacaq.

"Baktelecom" MMC-dən "APA-Economics"ə verilən məlumata görə, profilaktik tədbirlər başa çatdıqdan sonra şəbəkənin fəaliyyəti bərpa ediləcək.

# 916
avatar

Oxşar yazılar